Sumqayıt polisi 9 nəfərdən oğurluq edən şəxsi saxlayıb

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt polisi 9 nəfərdən oğurluq edən şəxsi saxlayıb.

Day.Az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-dən avqustun 12-dək olan müddətdə şəhər sakinləri olan 9 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb, əvvəllər məhkum olunmuş daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.