NATO-dan ABŞ ilə Taliban arasındakı görüşlərə dair açıqlama: “Məmnuniyyətlə qarşılayırıq”

Day.Az представляет новость на азербайджанском языке
Day.Az Azmedia.Az-a istinadla bildirir ki, NATO-nun Baş katibi Yens Stoltenberq ilə ABŞ Müdafiə nazirinin müavini Patrik Shanahanın Pentaqonda görüşü baş tutub.
Görüş zamanı ABŞ-Taliban görüşlərinə toxunan Stoltenberq bildirib: "ABŞ-ın Talibanla görüşlərini məmnuniyyətlə qarşılayırıq."
Müxbirlərin Taliban ilə aparılan görüşlərin NATO üçün Əfqanıstandan tamamilə geri çəkilmək mənasına gəlib-gəlməyəcəyinə dair verilən suallarına "NATO qüvvələrinin geri çəkilməsindən bəhs etmək üçün hələ çox tezdir" deyə cavab verib.
ABŞ-ın Əfqanıstan təmsilçisi Zalmay Xəlilzadın görüşlərə dair hər şeyi NATO-ya bildirdiyini deyən Stoltenberq, "Sülhməramlı bir çıxış yolu tapmaq üçün Əfqanıstandayıq. Gərəyindən artıq qalmayacayıq, lakin Əfqanıstanın yenidən beynəlxalq terror təşkilatları üçün əlverişli region olmasını əngəlləmək üçün hər hansı bir təhlükə yaranmadığı müddətcə oradan ayrılmayacayıq." deyə çıxışına davam edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре