"Avtostop" verilişi ilə bağlı gözlənilməz qərar

Aparıcı Tural Yusifovun "Avtostop" verilişi bundan sonra "İctimai" radioda və TV-də yayımlanacaq.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, radioproqram 90 FM-in efirində sentyabrdan etibarən yer alacaq. Bundan başqa Dj Fateh və Rəvan Bağırov da "İctimai Radio"da aparıcılıq edəcək.

Bu barədə məlumatı DJ Tural özü də təsdiqləyib. O, bildirib ki, sonuncu veriliş artıq yayımlanıb:

"Bu gün "AvtoStop"un 9 cu mövsümünün sonuncu verilişi yayımlandı. Bununla da "Azad Azərbaycan 106.3 FM"də olan 7 illik macərası bitdi. 10-cu efir mövsümünə 90 FM-lə başlamaq qərarına gəldim.
"Azad Azərbaycan 106.3 FM" mənim üçün çox doğmadır, efir sürətini onlarla bərabər yığmışam. 106.3 FM kollektivi ilə çalışmaq böyük şərəf idi. Bu illər ərzində birlikdə böyüdük. Hər şey çox gözəl olacaq. "AvtoStop" televiziyaya qayıdır. Bu payız İTV-də yayımlanacaq"

Qeyd edək ki, "Avtostop" verilişi 106.3 FM-də yayımlanırdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.