https://news.day.az/azerinews/1152316.html
Günəbaxan tumu appendisitin əmələ gəlməsinə səbəb ola bilər?
Günəbaxan tumu appendisitin əmələ gəlməsinə səbəb ola bilər?
Cərrahiyə institutunun əməkdaşı tibb elmlər namizədi Andrey Kriqerin sözlərinə görə, günəbaxan tumlardan istifadə appendisitə səbəb ola bilməz.
Day.Az deyerler.org-a istinadən bildirir ki, həkim günəbaxan tumla appendisit arasında heç bir əlaqənin olmamasını və bu xəstəliyin yaranma riskini artıran amillərin hələ ki, tam olaraq təyin edilməməsini bildirmişdir.
Bununla belə professor bildirmişdir ki, həkim tərəfindən diaqnoz düzgün qoyularsa cərrahiyə əməliyyatı qaçılmazdır, çünki antibiotiklərlə bunun qarşısını almaq olmaz. Həkim bu əməliyyatın profilaktik tədbir olaraq aparılmamasını da xatırlatmışdır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре