"Beşiktaş"da yeni hücumçu

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,Superliqa təmsilçisi "Sportinq"dən Abdula Diabini transfer etməyə yaxındır. 

28 yaşlı hücumçunun Türkiyəyə getdiyi, tibbi müayinədən sonra isə 1 illik müqavilə imzalayacağı bildirilir. Malili oyunçu "Beşiktaş"da icarə əsasında çıxış edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.