Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.
FHN-dən Trend-ə bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində iki mənzilin eyvanının yanar konstruksiyaları və orada olan əşyalar qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре