Afrikadan isti hava kütləsi gəlir - Martda iyun istisi olacaq

Afrikadan çıxan isti hava dalğası Aralıq dənizi üzərindən Türkiyəyə daxil olub və ölkənin şimalına doğru yayılmağa başlayıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Türkiyənin meteorologiya mütəxəssisi Adil Tekin sözlərinə görə Afrikadan gələn isti hava dalğasının təsirləri ötən həftədən etibarən hiss olunmağa başlayıb. O bildirib ki, Aralıq dənizi bölgəsində temperatur 25 dərəcəyə çatıb və bu istilər artıq Türkiyənin şimalına doğru yayılır. Mütəxəssis qeyd edib ki, ölkə may ayının sonu və iyun ayının əvvəllərində görüləcək temperatur göstəricilərini bu həftə yaşayacaq.
Afrikadan gələn isti hava dalğasının Türkiyə üzərindən keçərək Azərbaycana təsir etmə ehtimalı var. Belə hava sistemləri adətən qərbdən şərqə doğru hərəkət edir və əgər dalğa gücünü qoruyarsa, Azərbaycanda da temperaturun yüksəlməsinə səbəb ola bilər. Bununla belə, təsirin nə qədər güclü olacağı bir neçə amildən asılıdır. Əsas amillər arasında dalğanın istiqaməti, Qara dəniz və Xəzər dənizinin soyuducu təsiri, eləcə də yerli hava şəraiti var. Əgər isti hava kütləsi Qafqaz dağlarını aşaraq ölkəyə daxil olarsa, xüsusilə Naxçıvan və aran rayonlarında temperatur artımı müşahidə edilə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре