https://news.day.az/azerinews/1362467.html
Avtobusda qorxu dolu anlar: Sərnişinlər pəncərəni qırıb tullandılar - VİDEO
Türkiyənin Alanya şəhərindən Antalya aeroportuna turist daşıyan tur avtobusunun qəzaya uğraması sərnişinlərin təlaşına səbəb olub. Day.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar paylaşıb. Bildirilir ki, avtobus başqa bir nəqliyyat vasitəsinin sıxışdırması nəticəsində baryerə çırpılıb.
Avtobusda qorxu dolu anlar: Sərnişinlər pəncərəni qırıb tullandılar - VİDEO

Türkiyənin Alanya şəhərindən Antalya aeroportuna turist daşıyan tur avtobusunun qəzaya uğraması sərnişinlərin təlaşına səbəb olub.
Day.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar paylaşıb.
Bildirilir ki, avtobus başqa bir nəqliyyat vasitəsinin sıxışdırması nəticəsində baryerə çırpılıb. İctimai nəqliyyatın sağ tərəfinin tamamilə sıradan çıxmasına görə qapılar açılmayıb. Bundan qorxuya düşən turistlər pəncərəni qıraraq, oradan çıxıblar.
Hadisə nəticəsində turistlərin yüngül xəsarət aldıqları bildirilib. Onlara yerindəcə tibbi yardım göstərildikdən sonra başqa bir avtobusla aeroporta yola salınıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре