Ev almaq istəyənlərə

"İpoteka haqqında" qanuna fərqli yanaşmalıyıq. Bakıda da eyni qaydadı, regionlarda da eyni qaydadadır.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, əgər gənclərin regionda qalıb işləməsini, ailə qurub yaşamasını istəyiriksə, ipoteka qaydaları dəyişdirilməlidir.

"Regionlarda əmək haqqı Bakı ilə eyni deyil. Ona görə də ipotekada dəyişiklik etməliyik ki, gənclər regionlarda ev alıb, ailə qurub orada yaşasınlar", - deyə o, əlavə edib.