Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazırıq - Hüseyn Baqeri

İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi ezam etməyə hazır olduğunu bildirir.
Day.Az xəbər verir ki, bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
M.Baqerinin sözlərinə görə, Qafqazda baş verən təhlükəsizlik prosesləri regionun təhlükəsizliyində effektiv təsirə malikdir.
Baqeri əlavə edib ki, Qafqazda gərginliyin davam etməsi Ermənistan və Azərbaycan, eləcə də, digər region ölkələrinin xeyrinə deyil:
"Bu gərginliyin aradan qaldırılmasına səylər göstərilməlidir və İran gərginliyn aradan qaldırılmasına kömək etməyə hazırdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре