Avtobuslar neçəyədək işləyəcək? - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə son iki gündür Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar dəyişdirilmiş qrafik əsasında məhdud saatadək fəaliyyət göstərirdi.
Bəs bu gün avtobusların fəaliyyətində hansısa məhdudiyyət olacaqmı?
Day.Az xəbər verir ki, sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ölkə ərazisində müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq, sərnişindaşıma adi rejimdə davam etdirilir.
"Avtobuslar gündəlik qrafik və sxem üzrə fəaliyyət göstərir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Hər hansı bir dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре