https://news.day.az/azerinews/1773215.html Şimali Makedoniyada yerli seçkilər oktyabrın 19-da keçiriləcək Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 19-da baş tutacaq. Day.Az xəbər verir ki, bu barədə Şimali Makedoniya Parlament Assambleyasının sədri Afrim Qaşi qərar imzalayıb. Qərara əsasən, birinci turda nəticəsiz qalan bələdiyyələrdə noyabrın 2-də ikinci tur təşkil olunacaq.

Şimali Makedoniyada yerli seçkilər oktyabrın 19-da keçiriləcək

Azərbaycanca, 10 августа 2025 15:16 (UTC +04:00) 499
Şimali Makedoniyada yerli seçkilər oktyabrın 19-da keçiriləcək

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 19-da baş tutacaq.

Day.Az xəbər verir ki, bu barədə Şimali Makedoniya Parlament Assambleyasının sədri Afrim Qaşi qərar imzalayıb.

Qərara əsasən, birinci turda nəticəsiz qalan bələdiyyələrdə noyabrın 2-də ikinci tur təşkil olunacaq.

Qeyd edək ki, 4 ildən bir keçirilən yerli seçkilərdə seçicilər 81 bələdiyyədə sədr və üzvləri müəyyənləşdirir. Ölkədə sonuncu dəfə yerli seçkilər 2021-ci il oktyabrın 17-də keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости