https://news.day.az/azerinews/1778496.html Monrealda keçirilən “Orientalys Festival”ında Azərbaycan mədəniyyəti tanıdılıb - FOTO Kanadanın Monreal şəhərində keçirilən "Orientalys Festival"ında ölkəmizi Monreal Kanada-Azərbaycan Cəmiyyəti təmsil edib.

Monrealda keçirilən “Orientalys Festival”ında Azərbaycan mədəniyyəti tanıdılıb - FOTO

Azərbaycanca, 5 сентября 2025 19:46 (UTC +04:00) 409
Monrealda keçirilən “Orientalys Festival”ında Azərbaycan mədəniyyəti tanıdılıb

Kanadanın Monreal şəhərində keçirilən "Orientalys Festival"ında ölkəmizi Monreal Kanada-Azərbaycan Cəmiyyəti təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, Şərq xalqlarının zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə təşkil olunan festivalda Azərbaycanın qədim və zəngin mədəniyyəti, müxtəlif bölgələri, tarixi abidələri və coğrafi gözəllikləri haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan Etibar Cəfərovun müəllifi olduğu "The Colors of Azerbaijan" ("Azərbaycanın rəngləri") kitabı, eləcə də Monreal Kanada-Azərbaycan Cəmiyyətinə komitənin xətti ilə göndərilən digər bütün nəşrlər festival iştirakçılarının xüsusi marağına səbəb olub. Kitabda yer alan rəngarəng və yüksəkkeyfiyyətli fotoşəkillər vasitəsilə ziyarətçilər Azərbaycanın təbiətini, tarixini və mədəni dəyərlərini vizual olaraq yaxından tanımaq imkanı əldə ediblər.

Festivalda qurulan Azərbaycan stendinə gələn ziyarətçilər kəlağayı, araqçın və milli baş örtükləri ilə şəkil çəkdirməyə böyük maraq göstəriblər. Bir çox iştirakçı ölkəmiz haqqında sosial şəbəkələr vasitəsilə məlumatlandığını, Azərbaycanın mədəniyyətinə və insanlarına dərin rəğbət bəslədiyini bildirib.

Ziyarətçilər arasında Azərbaycana turist kimi səfər etmək arzusunda olanlar bu istəklərini ifadə edib, bəziləri isə Formula 1 yarışları zamanı Bakıya səfər etdiklərini və odlar ölkəsinə yenidən gəlmək arzusunda olduqlarını qeyd ediblər.

  • Monrealda keçirilən “Orientalys Festival”ında Azərbaycan mədəniyyəti tanıdılıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости