https://news.day.az/azerinews/1787198.html Atəşkəsdən sonra fələstinlilər evlərinə qayıdır - VİDEO Atəşkəs elan olunduqdan və İsrail ordusu Qəzzanın bəzi hissələrindən geri çəkildikdən sonra fələstinli ailələr öz evlərinə qayıtmağa başlayıblar. Day.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Atəşkəsdən sonra fələstinlilər evlərinə qayıdır - VİDEO

Azərbaycanca, 10 октября 2025 16:43 (UTC +04:00) 435
Atəşkəsdən sonra fələstinlilər evlərinə qayıdır

Atəşkəs elan olunduqdan və İsrail ordusu Qəzzanın bəzi hissələrindən geri çəkildikdən sonra fələstinli ailələr öz evlərinə qayıtmağa başlayıblar.

Day.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Yayılan kadrlarda minlərlə insanın Qəzza şəhərinin şimal istiqamətinə doğru piyada hərəkət etdiyi, bəzilərinin isə avtomobillərlə geri döndüyü görünür. Şahidlər bildirirlər ki, bölgədə dağıntıların miqyası böyükdür, lakin ailələr evlərinin vəziyyətini yoxlamaq və sağ qalan qohumlarını tapmaq üçün geri dönməyə çalışırlar.

Xatırladaq ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra rejim qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail ordusu anklavın bəzi bölgələrindən mərhələli şəkildə çıxır, HƏMAS isə saxlanılan israilli əsirlərin azad edilməsinə başlayıb.

Beynəlxalq ictimaiyyət atəşkəsi bölgədə zorakılığın dayandırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости