https://news.day.az/azerinews/1788154.html
Azərbaycanın U-17 millisi seçmə mərhələdə sonuncu oyununu keçirib
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib. Day.Az xəbər verir ki, 9-cu qrupda yer alan yığma sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Azərbaycanın U-17 millisi seçmə mərhələdə sonuncu oyununu keçirib

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
Day.Az xəbər verir ki, 9-cu qrupda yer alan yığma sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Fransanın Kapbreton şəhərində yerləşən "Burye" stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.
Bu nəticədən sonra xalı olmayan Azərbaycan millisi qrupu sonuncu sırada başa vurub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре