Bakıda bu binaları qurd basıb

Bakının Xətai rayonu, General Şıxlinski ünvanında yerləşən binalarda həşərat problemi yaranıb.

Day.Az xəbər verir ki, həmin ünvanda yaşayan sakinlərin məlumatına görə, binaların həyətlərində və bloklarında müxtəlif növ həşəratlar müşahidə olunur. Hətta bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar. Sakinlər, məsələnin ciddiyyətini bildirmək üçün bir neçə quruma və ərazi mənzil istismar sahələrinə müraciət etsələr də, artıq üç aydan çoxdur ki, bu problem hələ də həll edilməyib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məsələyə münasibət bildirilib. Birlikdən verilən açıqlamada qeyd edilib ki, bu ünvandan onlara heç bir müraciət daxil olmayıb. Ancaq əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. Bununla yanaşı, problemin mövsümi xarakter daşıdığı da vurğulanıb.

Əlavə məlumat üçün İTV-nin videomaterialını izləyə bilərsiniz.