https://news.day.az/azerinews/1789129.html Bu aviaşirkət hər həftə 100 daxili reysi ləğv etmək istəyir "Lufthansa" aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır. Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu aviaşirkət hər həftə 100 daxili reysi ləğv etmək istəyir

Azərbaycanca, 18 октября 2025 17:08 (UTC +04:00) 427
Bu aviaşirkət hər həftə 100 daxili reysi ləğv etmək istəyir

"Lufthansa" aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv olunacağını bildirib.

O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın qaçılmaz olacağını vurğulayıb.

Şirkətin rəhbəri Münzen-Münster/Osnabrük və ya Münzen-Drezden kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə uçuşların zərərlə həyata keçirildiyini qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости