Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafı müzakirə edilib
Oktyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.
Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş zamanı həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
09:17
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər ortaq tarix, mədəniyyət və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığı daha da möhkəmləndirmək, həmçinin ticarət, enerji, nəqliyyat, təhsil və əlaqəlilik sahələrində əməkdaşlığı genişləndirmək əzmini bir daha təsdiqləyiblər.
Vurğulanıb ki, bu əməkdaşlıq bölgələrimizdə sülhə və dayanıqlı inkişafa töhfə verəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре