https://news.day.az/azerinews/1797549.html Arvadını işə apararkən maşınla 2 qadını vurub öldürmüşdü - Bu cəza verildi Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.

Arvadını işə apararkən maşınla 2 qadını vurub öldürmüşdü - Bu cəza verildi

Azərbaycanca, 24 ноября 2025 16:15 (UTC +04:00) 367
Arvadını işə apararkən maşınla 2 qadını vurub öldürmüşdü

Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.

Bildirilib ki, hadisə ötən ilin dekabrın 21-i saat 06 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.

S.Süleymanov dostuna məxsus "Kia Rio" markalı avtomobillə həyat yoldaşını işə apararkən 2 qadını vurub.

Nəticədə 31 yaşlı Pikə Ağarzayeva və onun həmyaşıdı Gülcahan Quliyeva aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Məhkəmədə mərhumların ailə üzvləri sürücüyə ən ağır cəzanın verilməsini tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da əlavə 5 il ərzində məhdudlaşdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости