https://news.day.az/azerinews/1803593.html Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. Day.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Azərbaycanca, 19 декабря 2025 11:38 (UTC +04:00) 476
Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.

Day.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости