https://news.day.az/azerinews/1811086.html İsveç hərbçiləri Qrenlandiyanı tərk edir İsveç Silahlı Qüvvələri Qrenlandiyada aparılan kəşfiyyat-qiymətləndirmə işlərində iştirakını başa çatdırır. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin mətbuat relizində məlumat verilir.

İsveç hərbçiləri Qrenlandiyanı tərk edir

Azərbaycanca, 21 января 2026 19:50 (UTC +04:00) 352
İsveç hərbçiləri Qrenlandiyanı tərk edir

İsveç Silahlı Qüvvələri Qrenlandiyada aparılan kəşfiyyat-qiymətləndirmə işlərində iştirakını başa çatdırır.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin mətbuat relizində məlumat verilir.

Məlumata görə, ərazidə aparılan işlər Qrenlandiya və Arktikada gələcək təlimlərin keçirilməsi üçün şəraitin və imkanların öyrənilməsi məqsədi daşıyırdı. Bu region NATO üçün getdikcə artan strateji əhəmiyyət kəsb edir. İsveç Silahlı Qüvvələrinin iştirakı planlaşdırma üzrə bir sıra zabitlərin cəlb olunmasından ibarət idi. Onlara Qrenlandiya və Arktikada gələcək təlimlərdə iştirak üçün şəraitin qiymətləndirilməsi tapşırılmışdı.

 

İsveç Silahlı Qüvvələrinin Operativ Komandanlığının rəisi, vitse-admiral Eva Skuq Haslumun sözlərinə görə, növbəti mərhələ toplanmış məlumatların qiymətləndirilməsi və gələcək təlimlərin planlaşdırılmasına başlanmasıdır.

İsveç il ərzində Danimarkanın təşkil etdiyi "Arktik dözümlülük" adlı təlimlər silsiləsində iştirak etməyi planlaşdırır. Təlimlərin məqsədi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və NATO-nun şimal cinahının (potensial hücumlar zamanı) müdafiəsinə hazırlıq səviyyəsinin qaldırılmasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости