Prezident İlham Əliyev SHXÇDX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

"Vətən uğrunda" medalı ilə

Qarayev Natiq Sahib oğlu - general-mayor

Cəfərov Elməddin Qulu oğlu - polkovnik

Quliyev İslam Ramiz oğlu - polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Hidayev Əziz Şahmurad oğlu - polkovnik

Abbasov Hikmət Zahid oğlu - mayor

Əliyeva Samirə Təşkilat qızı - mayor

"Tərəqqi" medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.