https://news.day.az/azerinews/1821489.html Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb Baş nazir Əli Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən Day.Az-a bildirilib ki, görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanca, 11 марта 2026 17:47 (UTC +04:00) 459
Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Day.Az-a bildirilib ki, görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.

Həmçinin Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan da iştirak edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости