https://news.day.az/azerinews/1826635.html Külək güclənəcək - Xəbərdarlıq Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Külək güclənəcək - Xəbərdarlıq

Azərbaycanca, 8 апреля 2026 16:51 (UTC +04:00) 291
Külək güclənəcək

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

 

Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy, Daşkəsən, Naftalanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости