https://news.day.az/azerinews/1827673.html Xəzər dənizində çirklənmə səviyyəsi araşdırılır Xəzər dənizində çirkləndirici maddələrin miqdarı müəyyən ediləcək. Bu barədə Day.Az-а Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Bildirilib ki, ADSEA və DİN əməkdaşları tərəfindən dənizin sahildən təxminən 3 kilometr uzaqlığında monitorinq aparılıb.

Xəzər dənizində çirklənmə səviyyəsi araşdırılır

Azərbaycanca, 13 апреля 2026 19:15 (UTC +04:00) 363
Xəzər dənizində çirklənmə səviyyəsi araşdırılır

Xəzər dənizində çirkləndirici maddələrin miqdarı müəyyən ediləcək.

Bu barədə Day.Az-а Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, ADSEA və DİN əməkdaşları tərəfindən dənizin sahildən təxminən 3 kilometr uzaqlığında monitorinq aparılıb. Yoxlama zamanı suyun ilkin keyfiyyəti yerində qiymətləndirilib.

 

Həmçinin, dənizdən götürülən su nümunələri laboratoriyaya göndərilib. Burada suyun tərkibindəki çirkləndirici maddələrin miqdarı araşdırılacaq.

Araşdırmanın nəticələrinə əsasən dənizin ekoloji vəziyyəti qiymətləndiriləcək. Əgər pozuntular aşkar edilərsə, məsul şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости