https://news.day.az/azerinews/1828030.html Motosikletin yüksək səsinə görə sürücüləri hansı cəza GÖZLƏYİR? Son vaxtlar motosikletlərin səsinin süni şəkildə artırılması ilə bağlı şikayətlər artmaqdadır. Day.Az xəbər verir ki, xüsusilə gecə saatlarında yüksək səs-küy yaradan nəqliyyat vasitələri sakinlərin narahatlığına səbəb olur. Səsboğucunun dəyişdirilməsi və ya çıxarılması nəqliyyat vasitəsinin texniki normalarının pozulması sayılır.

Motosikletin yüksək səsinə görə sürücüləri hansı cəza GÖZLƏYİR?

Azərbaycanca, 15 апреля 2026 14:22 (UTC +04:00) 294
Motosikletin yüksək səsinə görə sürücüləri hansı cəza

Son vaxtlar motosikletlərin səsinin süni şəkildə artırılması ilə bağlı şikayətlər artmaqdadır. 

Day.Az xəbər verir ki, xüsusilə gecə saatlarında yüksək səs-küy yaradan nəqliyyat vasitələri sakinlərin narahatlığına səbəb olur. 

Səsboğucunun dəyişdirilməsi və ya çıxarılması nəqliyyat vasitəsinin texniki normalarının pozulması sayılır.

Azərbaycan qanunvericiliyinə görə, bu cür hallara görə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Məcəllənin müvafiq maddələrinə əsasən, nəqliyyat vasitəsinin konstruksiyasına icazəsiz dəyişiklik edilməsi və normadan artıq səs-küy yaradılması hallarında sürücülər təxminən 500 manatdan 1000 manatadək cərimə oluna bilər. 

Təkrar pozuntu hallarında isə cərimə məbləği artırıla və nəqliyyat vasitəsinin istismarı müvəqqəti məhdudlaşdırıla bilər.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости