Türkiyənin daha bir məktəbində silahlı insident: çox sayda yaralılar var - YENİLƏNİB

17:49

Türkiənin Kahramanmaraş vilayətində orta məktəbə silahlı hücum edərək 4 nəfərin həyatına son qoyan, 20 nəfəri yaralayan səkkizinci sinif şagirdinin atası saxlanılıb.

Day.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, qanlı hücumu törədən şagirdin özü ilə məktəbə gətirdiyi 5 silah və 7 güllə darağı onun atasına məxsus olub.

Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu bildirilir.

XXX

15:27

Şanlıurfa liseyində baş vermiş qanlı insidentin ardında bu gün Türkiyənin başqa bir vilayətində - Kahramanmaraşda yerləşən orta məktəbə silahlı hücum olub.

Day.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, insident Onikişubat rayonunun Ayşel Çalık adına orta məktəbində baş verib.

 

İlkin məlumata görə, təfərrüatları məlum olmayan hadisə nəticəsində azı 6 nəfər yaralanıb.

Bundan başqa, NTV telekanalı ölənlərin də olduğunu bildirir.

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadaları səfərbər olunub.