https://news.day.az/azerinews/1828442.html Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır - TDT baş katibi Azərbaycan regionda təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev 5-ci Antalya Diplomatya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. "Antalya Diplomatiya Forumu artıq ənənəvi tədbirə çevrilir.

Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır - TDT baş katibi

Azərbaycanca, 17 апреля 2026 11:31 (UTC +04:00) 267
Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır

Azərbaycan regionda təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev 5-ci Antalya Diplomatya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Antalya Diplomatiya Forumu artıq ənənəvi tədbirə çevrilir. Ələlxüsus da indiki şəraitdə, regionda və dünyada vəziyyət qeyri-sabit olaraq qaldığı bir vaxtda, belə platformalar sülhün və sabitliyin dəstəklənməsində mühüm rol oynayır", - deyə o qeyd edib.

Ömüralıyev təşkilat çərçivəsində Azərbaycanın əhəmiyyətli rolunu vurğulayıb.

"Azərbaycan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir və regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin forumda iştirakı da bu tədbirin önəmini nümayiş etdirir", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости