Ermənistan ABŞ ilə regional əlaqəlilik layihələrinin praktiki icrasına keçir - Kostanyan
Ermənistan regional əlaqəlilik üzrə ABŞ ilə həyata keçirilən layihələrin praktiki icrasına keçir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq razılaşdırılmış qərarların icrası işləri praktiki mərhələyə keçir.
"Biz ABŞ-dəki həmkarlarımızla birlikdə ərazidə praktiki işlərin davam etdirilməsi və həyata keçirilməsi mərhələsindəyik", - deyə o bildirib.
Kostanyan qeyd edib ki, tərəflər 13 yanvar tarixli üçtərəfli razılaşmadan sonra layihələrin icrası üçün çərçivə modelini artıq razılaşdırıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре