https://news.day.az/azerinews/1828698.html Azərbaycan neftinin qiyməti AÇIQLANDI Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 11,06 ABŞ dolları və ya 9,6% ucuzlaşaraq 104,49 ABŞ dollarına enib. Bu barədə Day.Az-a neft bazarındakı mənbə məlumat verib.

Azərbaycan neftinin qiyməti AÇIQLANDI

Azərbaycanca, 18 апреля 2026 10:50 (UTC +04:00) 320
Azərbaycan neftinin qiyməti

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 11,06 ABŞ dolları və ya 9,6% ucuzlaşaraq 104,49 ABŞ dollarına enib.

Bu barədə Day.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 10,5 dollar və ya 9,4% ucuzlaşaraq 101,33 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 11,22 dollar və ya 13,3% azalaraq 73,20 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 17,01 dollar və ya 14,6% azalaraq 99,26 dollar/barel təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости