Şəmkirdə məktəbdə yanğın: Şagirdlər təxliyə olundu

Şəmkir şəhəri N.Nərimanov adına məktəbdə yanğın baş verib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki,məktəbdə baş vermiş yanğın zamanı xəsarət alan olmayıb:

"Əraziyə cəlb edilən Fövqəladə Hallar nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", məlumatda qeyd olunub.