"Azərpoçt"a yeni rəhbər təyin olundu

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinat olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, AZCON Holding-də Baş Maliyyə Direktorunun müavini Manaf Babayev "Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə təyin edilib.

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev isə öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, İ.Mustafayev 2021-2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.