https://news.day.az/azerinews/1829601.html Zibillikdən top mərmisi tapıldı - FOTO Türkiyədə küçədən keçən bir sakin zibil paketinin içində şübhəli cisim aşkarlayıb. Day.Az xəbər verir ki, hadisə Sivasın Ahmet Turan Gazi məhəlləsində baş verib. Belə ki, şübəli cisimin mərmi ola biləcəyi ehtimalı ilə dərhal polisə xəbər verilib. Əraziyə bomba zərərsizləşdirmə qrupları çağırılıb.

Zibillikdən top mərmisi tapıldı - FOTO

Azərbaycanca, 22 апреля 2026 14:50 (UTC +04:00) 278
Zibillikdən top mərmisi tapıldı

Türkiyədə küçədən keçən bir sakin zibil paketinin içində şübhəli cisim aşkarlayıb.

Day.Az xəbər verir ki, hadisə Sivasın Ahmet Turan Gazi məhəlləsində baş verib. 

Belə ki, şübəli cisimin mərmi ola biləcəyi ehtimalı ilə dərhal polisə xəbər verilib. Əraziyə bomba zərərsizləşdirmə qrupları çağırılıb.

Hadisə yerinə gələn mütəxəssislər cismin həqiqətən də hərbi təyinatlı havan mərmisi olduğunu müəyyən edib və onu təhlükəsiz şəkildə ərazidən götürüb.

Mərmi xüsusi qaydada imha olunmaq üçün götürülüb və ərazidə qısa müddətli təşviş yaşansa da, vəziyyət nəzarət altına alınıb.

  • Zibillikdən top mərmisi tapıldı
  • Zibillikdən top mərmisi tapıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости