Almaniya Avropanın ən güclü ordusu olmağa hazırlaşır
"Avropa üçün məsuliyyət və Alman ordumuz bu məsuliyyəti daşıyır" adlı strategiya Almaniya Silahlı Qüvvələri üçün ilk genişmiqyaslı rəsmi hərbi plan kimi qiymətləndirilir.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Berlin şəhərində keçirilən mətbuat konfransında Almaniyanın yeni hərbi strategiyasını təqdim edib.
Pistorius çıxışında qlobal təhlükəsizlik vəziyyətinin kəskin dəyişdiyini, xüsusilə Vladimir Putin-in Ukraynaya qarşı müharibəsinin Avropada riskləri artırdığını bildirib.
O, dünya nizamının daha qeyri-müəyyən və təhlükəli mərhələyə daxil olduğunu vurğulayıb və NATO ərazisinə mümkün təhdid ssenarilərinin hazırlandığını qeyd edib.
Yeni strategiyaya əsasən, Almaniya ordusunun şəxsi heyəti aktiv və ehtiyat qüvvələrlə birlikdə ən azı 460 min nəfərə çatdırılmalıdır. Plan 2029-cu ildən başlayaraq mərhələli şəkildə həyata keçiriləcək və məqsəd Avropanın ən güclü konvensional ordusunu yaratmaqdır.
Strategiyada həmçinin hava hücumundan müdafiə, süni intellekt və müasir silah sistemlərinin inkişafı prioritet kimi müəyyən edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре