Uşaq inkişafı ilə bağlı XƏBƏRDARLIQ: Zəka təkcə genetik deyil
Uşaq inkişafı üzrə mütəxəssislər bildirir ki, zəka yalnız irsi faktorlarla müəyyən olunmur, ətraf mühit və ailə tərbiyəsi də ən azı 40% rol oynayır.
Day.Az xəbər verir ki, psixoloji məsləhətçi Mehmet Hilmi Eren uşağın inkişafının ilk növbədə ailədə formalaşdığını və erkən yaş dövrünün bu baxımdan həlledici olduğunu vurğulayır .
Mütəxəssis xüsusilə erkən yaşda ekran istifadəsinin risklərinə diqqət çəkir. 3 yaşdan əvvəl telefon və planşetdən istifadə nitq inkişafında gecikmələrə səbəb ola bilər. Uşaqlarla daha geniş və izahlı danışmaq, kitab oxumaq isə onların söz ehtiyatını və düşünmə bacarıqlarını gücləndirir.
Eyni zamanda valideynlərin davranışı uşağın inkişafında əsas rol oynayır. Uşağa hazır cavab vermək əvəzinə, onun özü araşdırmasına şərait yaratmaq, yaradıcılığını təşviq etmək tövsiyə olunur.
Mütəxəssislər qeyd edir ki, təhsilin və şəxsiyyət formalaşmasının təməli məhz ailədə qoyulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре