https://news.day.az/azerinews/1829710.html Azərbaycan və Latviya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Latviya Respublikasının xarici işlər naziri Bayba Braje arasında görüş keçirilib. Day.Az xəbər verir ki, Ceyhun Bayramov bu barədə özünün "X" hesabında paylaşım edib.

Azərbaycan və Latviya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanca, 22 апреля 2026 20:45 (UTC +04:00) 312
Azərbaycan və Latviya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Latviya Respublikasının xarici işlər naziri Bayba Braje arasında görüş keçirilib.

Day.Az xəbər verir ki, Ceyhun Bayramov bu barədə özünün "X" hesabında paylaşım edib.

"Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri çərçivəsində latviyalı həmkarım Bayba Braje ilə görüşməkdən məmnun oldum.

Azərbaycan-Latviya münasibətlərinin daha da gücləndirilməsi, qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdik və regional, eləcə də qlobal proseslər barədə fikir mübadiləsi apardıq.

Nazirliklərimiz arasında Konsulluq məsələləri üzrə Anlaşma Memorandumunu da imzaladıq ki, bu da konsulluq əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır", - deyə paylaşımda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости