Apple 6 yeni məhsul kateqoriyası üzərində işləyir
ABŞ texnologiya nəhəngi Apple-ın 6 yeni məhsul kateqoriyası hazırladığı bildirilir.
Day.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Mark Gurman açıqlayıb.
Siyahıya süni intellekt funksiyalı AirPods, ağıllı eynəklər, taxılan kulon cihazı, ağıllı ev displeyi, masaüstü robot və təhlükəsizlik kamerası daxildir.
Ən yaxın təqdim olunacaq məhsulun "HomePad" adlı ağıllı ev displeyi olacağı gözlənilir. Təxminən 7 düymlük ekran, A18 çipi və Apple Intelligence ilə inteqrasiya olunmuş cihazın iPhone 18 təqdimatında elan edilə biləcəyi bildirilir. Şirkət həmçinin üz tanıma və infraqırmızı sensorlarla təchiz ediləcək ev təhlükəsizlik kamerası üzərində də çalışır.
Bundan əlavə, Apple süni intellekt əsaslı taxılan cihazlara xüsusi diqqət yetirir. Ağıllı eynəklərin 2026 sonu-2027 əvvəlində təqdimatı, satışının isə 2027-də başlaması gözlənilir. Kamera ilə təchiz olunmuş AirPods-un bu il, kulon tipli cihaz və masaüstü robotun isə 2027-ci ildə bazara çıxarılması planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре