Azərbaycanın ÜDM-də özəl sektorun rolu artır

İldən-ilə Azərbaycan ÜDM-də özəl sektorun rolu artır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.

"Özəl sektorda olan resurslar sonsuz deyil. Həmin resurslara əlçatanlıq ahəngdar şəkildə sahibkarlara təqdim edilməsi diqqət mərkəzimizdədir", - nazir qeyd edib.

 

Mikayıl Cabbarov, həmçinin bildirib ki, özəl sektora dövlət dəstəyi davam edir və genişləndiriləcək.

İqtisadiyyat nazirinin sözlərinə görə, bu dəstək alətlərinə xüsusi sənaye zonaları, işğaldan azad olunmuş ərazilərdə vergi və digər ödənişlər üzrə güzəştlər, sosial ödənişlərdə imtiyazlar, kommunal xərclərlə bağlı dəstək mexanizmləri, eləcə də kredit faizlərinə subsidiyalar daxildir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir.