https://news.day.az/azerinews/1831161.html Azərbaycan və Koreya arasında münasibətlərin inkişafı müzakirə edilib Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.

Azərbaycan və Koreya arasında münasibətlərin inkişafı müzakirə edilib

Azərbaycanca, 29 апреля 2026 14:30 (UTC +04:00) 254
Azərbaycan və Koreya arasında münasibətlərin inkişafı müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən (XİN) Day.Az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.

Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.

Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости