https://news.day.az/azerinews/1831614.html 205 kq qanunsuz at əti aşkarlandı Biləsuvarda 205 kq qanunsuz at kəsimi və satışının qarşısı alınıb. Bu barədə Day.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

205 kq qanunsuz at əti aşkarlandı

Azərbaycanca, 1 мая 2026 13:11 (UTC +04:00) 288
205 kq qanunsuz at əti aşkarlandı

Biləsuvarda 205 kq qanunsuz at kəsimi və satışının qarşısı alınıb.

Bu barədə Day.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı "Toyota Corolla" markalı avtomobilə baxış keçirib.

Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.

Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости