https://news.day.az/azerinews/1833093.html Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı - FOTO Zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısı alınıb. Bu barədə Day.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı - FOTO

Azərbaycanca, 8 мая 2026 12:10 (UTC +04:00) 290
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı

Zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısı alınıb.

Bu barədə Day.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, 2026-cı il 5 may tarixində "Aqrovest MT" MMC tərəfindən Gürcüstan Respublikasının "Universal Export" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan AQTA-nın "Qırmızı Körpü" Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsində kliniki və laborator müayinədən keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı 4 baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. Qeyd olunan halın təkrarlanmaması üçün Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb.

  • Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı
  • Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı
  • Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı
  • Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik tapıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости