https://news.day.az/azerinews/1836889.html Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 1 nəfər yaralanıb Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Azərbaycanca, 24 мая 2026 09:00 (UTC +04:00) 287
Bərdədə ağır yol qəzası:

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi "VAZ-2107" markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости