Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Day.Az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə olmaqla, 535 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində - yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
13:54
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.
Day.Az xəbər verir ki, Şükürbəyli kəndi bu gün 119 ailə olmaqla, 535 nəfəri qarşıalyıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.
Qeyd edək ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə, 2522 nəfərin 615 ailənin köçürülməsi nəzərdə tutulur.
xxx
06:37
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Day.Az-ın məlumatına görə, doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 119 ailə olmaqla 535 nəfər köçürülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре