Avokado ürək üçün xüsusilə faydalıdır

Kardioloq Dariuş Mozaffarian bildirir ki, avokado ürək sağlamlığı üçün ən faydalı tərəvəzlərdən biridir.

Day.Az-ın məlumatına görə, bunun əsas səbəbi onun tərkibində çoxlu faydalı, doymamış yağ turşularının olmasıdır.

Bu yağlar xolesterinin səviyyəsini tənzimləyir, "pis" xolesterini azaldır və ürək-damar xəstəlikləri riskini azaldır.

Avokado həmçinin lif, kalium və antioksidantlarla zəngindir. Yarım avokado gündəlik lif ehtiyacının 20%-ni ödəyir, kalium isə qan təzyiqini azaldır və natriumin mənfi təsirini neytrallaşdırır. Antioksidantlar isə xolesterinin oksidləşməsini önləyərək damarların tıxanmasının qarşısını alır.

Ekspertlər avokadonun həm tək-tək, həm də salat, smuzi, guakamol və ya sandviçlərdə istifadə olunmasının ürək sağlamlığı üçün faydalı olduğunu vurğulayır. Bu tərəvəz həm dadlı, həm də faydalı qida kimi gündəlik rasiona daxil edilə bilər.