Türkiyədə zəlzələ baş verib

Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5,0 bal gücündə zəlzələ baş verib.

Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar 15,59 kilometr dərinlikdə qeydə alınıb və ətraf vilayətlərdə də hiss olunub.

AFAD bildirib ki, hadisədən sonra aparılan ilkin yoxlamalarda hər hansı ciddi dağıntı və ya itki qeydə alınmayıb.

Sahə üzrə araşdırmalar davam edir.