https://news.day.az/azerinews/1851599.html Növbəti 24 saat ərzində Yer kürəsində maqnit qasırğası baş verə bilər Yaxın 24 saat ərzində Yer kürəsində maqnit qasırğasının baş verməsi ehtimalı 75 faiz təşkil edir. Bu barədə Rusiyanın "Fobos" Hava Mərkəzi məlumat yayıb. "Bəzi proqnoz modelləri Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağını göstərir.

Növbəti 24 saat ərzində Yer kürəsində maqnit qasırğası baş verə bilər

Azərbaycanca, 2 августа 2026 00:22 (UTC +04:00) 190
Növbəti 24 saat ərzində Yer kürəsində maqnit qasırğası baş verə bilər

Yaxın 24 saat ərzində Yer kürəsində maqnit qasırğasının baş verməsi ehtimalı 75 faiz təşkil edir.

Bu barədə Rusiyanın "Fobos" Hava Mərkəzi məlumat yayıb.

"Bəzi proqnoz modelləri Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağını göstərir. Belə şəraitdə geomaqnit sahəsindəki pozuntular zəif (G1) və ya orta güclü (G2) maqnit qasırğası səviyyəsinə çata bilər. Maqnit qasırğasının baş vermə ehtimalı 75 faizdir", - deyə məlumatda bildirilib.

"Fobos"un məlumatına görə, maqnit qasırğasına iyulun 30-da Günəşdə baş vermiş tac kütlə atılması səbəb ola bilər. Qasırğanın yaxın gecənin ikinci yarısında başlaması gözlənilir və onun 6-9 saat davam edə biləcəyi qeyd olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости