Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq

Day.Az представляет новость на азербайджанском языке

Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrini - ABŞ və Fransanı RF prezidenti Vladimir Putinin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünün nəticələri barədə məlumatlandıracaq.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Kremldəki mənbəyə istinadən məlumat verir.

O qeyd edib ki, yaxın günlərdə məsələ ilə bağlı telefon danışığı olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.