Reanimasiyaya yerləşdirilən xalq artistinin oğlunun

Day.Az представляет новость на азербайджанском языке

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağır olaraq qalır.

Day.Az bildirir ki, bu barədə Publika.az-a Məmmədin bacısı Gülbəniz Zeynalova məlumat verib:

"Qardaşımın səhhəti necə vardısa, elədir. Durumu kritikdir. Həkimlər əllərindən gələni edir. Belə xəstələr elədir ki, onlar üçün 21 gün təhlükəli zaman hesab edilir. Yanına heç kim buraxılmır, arada mən girib baxıram. Məni tanıyır, amma nadir halda reaksiya verir. Sistem qoşulub".

G.Zeynalova qardaşının halının qəfildən pisləşdiyini də deyib:

"Seriala çəkiləcəkdi, sevinə-sevinə yola düşüb. Qəfildən təzyiqi yüksəlib, beyninə qan sızıb. Böyrəyində problem vardı, amma müalicə etdirmişdik. Nə biləydik ki, başına belə bir iş gələcək. Üç gündür gecəm-gündüzüm yoxdur, Allaha yalvarıb, dua edirəm. Sağ olsun, bizə görə narahat olan insanlara minnətdarlığımı bildirirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.