Azərbaycanda şirkət direktoru iş otağında ÖLÜ TAPILDI

Day.Az представляет новость на азербайджанском языке

"Azərsığorta" dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.

Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.
 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.