Salyanda oğurluq “07” tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Salyanda oğurluq "07" tapılıb.

Day.Az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub.

Qeyd edilən avtomobil Salyan rayonunun Noxudlu kəndində yaşayan Qədir Nuriyevin həyətində tapılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.